Yay və qış təkərləri

YAY VƏ QIŞ TƏKƏRLƏRİ
Yay təkərləri qış təkərlərindən çox fərqlənirlər və bu iki sezon təkərlərin yaradılmasında məqsəd təkər istehsalçılarının daha çox gəlir əldə etməsi deyildi, sürücülərin təhlükəsizliyi idi. Bu təkərlər fərqli xarakteristika və struktura sahibdirlər, bu fərqli fəsillərdə təhlükəsiz sürüş imkanı yaratmaq üçündür. Təkər almamışdan əvvəl siz özünüz üçün müəyyən etməlisiniz ki siz bu təkərdən nə gözləyirsiniz, onlar hansı xarakteristikaya malik olmalıdırlar, yalnız bundan sonra öz seçiminizi dəqiqləşdirməlisiniz. Unutmaq lazım deyil ki fəsilə uyğun təkərlərin dəyişdirilməsi sizə rahat və təhlükəsiz sürüş imkanı yaradacaq.
Yay təkərləri qış təkərlərindən ən əsas rezin tərkibinə görə fərqlənir. Belə ki yay təkərlərində istifadə olunan rezin mənfi temperaturda donur (bərkiyir) və bu quru asfalt üzərində belə sürüşməni artırır. Öz növbəsində bu da avtomobilin idarə olunmasını təhlükəli hala gətirir. Qış təkərləri isə elastik rezindən hazırlanır ki bu da müsbət 5 və aşağı temperaturlarda təkərin elastik qalmasına şərait yaradır. Qış aylarında əvəzolunmaz sayılan elastik qış təkərləri, yay aylarında çox isti qarşısında qızaraq rezim tərkibində kimyəvi dəyişikliklərə məruz qalır ki, bu da qış təkərlərini yay aylarında çox tez sıradan çıxarır.