Yay təkərləri qış təkərlərindən çox fərqlənirlər və bu iki sezon təkərlərin yaradılmasında məqsəd təkər istehsalçılarının daha çox gəlir əldə etməsi deyildi, sürücülərin təhlükəsizliyi idi. Bu təkərlər fərqli xarakteristika və struktura sahibdirlər, bu fərqli fəsillərdə təhlükəsiz sürüş imkanı yaratmaq üçündür. Təkər almamışdan əvvəl siz özünüz üçün müəyyən etməlisiniz ki siz bu təkərdən nə gözləyirsiniz, onlar hansı xarakteristikaya malik olmalıdırlar, yalnız bundan sonra öz seçiminizi dəqiqləşdirməlisiniz. Unutmaq lazım deyil ki fəsilə uyğun təkərlərin dəyişdirilməsi sizə rahat və təhlükəsiz sürüş imkanı yaradacaq.
Xəbərlər
Təkərinizin üzərində bant şəklində uzun yeyilmə gördüyünüz zaman təkərin dəyişdirilməsinin vaxtı çatmışdır deməkdir. Lakin, təkər tiplərinə görə onların ömrünü hesablamağın əhəmiyyəti var.
Yay təkərləri quru səth üzərində yüksək performans göstərir, lakin qar və buz üzərində performans aşağı düşür. Onların ömrü sürüş və hava şəraitindən asılı olaraq 30.000 – 65.000 km-ə qədər uzanır.
4 fəsil təkərlər adından da məlum olduğu kimi bütün fəsillərdə yaxşı performans vəd edir. Onların ömrü adətən 95.000 km-a qədər uzanır, lakin avtobanlarda mütəmadi sürüş onun ömrünü azalda bilər.
4 fəsil və qış fəsil yağlarında W (winter) yazısı olur. Bunlara həm də multi-grade yağlar deyilir. İlboyu havaların isti keçdiyi ölkələrdə isə yalnız yay fəsil yağlarında rəqəmlər yazılır. Məsələn, SAE 20, SAE 30, SAE 40
Yağın ən əsas xüsusiyyətlərindən biri onun axıcılıq (viskositə) qabiliyyətidir. Mühərrikin soyuq havada və isti havada yaxşı işləməsi üçün viskositə çox önəmlidir. Bunun üçün SAE (Avtomobil Mühəndislər Birliyi) bütün fəsillər üçün və yay fəsli üçün axıcılıq göstəriciləri müəyyən etmişdir.
4 fəsil və qış fəsil yağlarında W (winter) yazısı olur. Bunlara həm də multi-grade yağlar deyilir. İlboyu havaların isti keçdiyi ölkələrdə isə yalnız yay fəsil yağlarında rəqəmlər yazılır. Məsələn, SAE 20, SAE 30, SAE 40
Aşqarlar (qatqı maddələri) - İstehsal olunan yağlara bəzi xüsusiyyətlər əlavə etmək, mövcud xüsusiyyətlərini yaxşılaşdırmaq, bəzi arzuolunmaz xüsusiyyətlərini aradan qaldırmaq və ya minimuma endirmək üçün istifadə olunan maddələrdir. Adətən mühərrik yağına aşağıdakı aşqarlar daxil olur:
• Korroziyaya qarşı
Metal səthini qoruyucu bir film kimi örtərək, metalı yanma nəticəsində əmələ gələn turşulardan (aşındırıcı maddələrdən) qoruyur və metalın korroziyaya uğramasının qarşısını alır. Kimyəvi maddələrin mühərriyin hissələri üzərində yaratdığı aşınmasının qarşısını alır.
Təkərlər maşın altında gözlənilən performansı yərinə gətirmələri məqsədi ilə fərqli kimyəvi ve təbii ləvazimat, texnoloji zamanla bir araya gətirilməsi ilə istehsal edilməkdədir. İstehsal prosesi nətəcəsində təkərə istənilən performans parametrləri qazandırmağda, normal ve uyğun şərtlərdə saxlanması ve istifadəsi vəziyyətində ən üst səviyədə performans verməsi hədəflənməktədir.
Akkumlyator texniki olaraq, elektrik enerjisini kimyəvi enerji kimi saxlaya bilən və lazım gəldikdə istifadə edilə bilən enerji mənbəyidir.
Akkumlyatorlar 2 əsas funksiyası var
1. Həm əlavə elektrik mənbəyi kimi
2. Həm də sönülü vəziyyətdə olan avtomobili və ya mühərriyi işə salmaq üçün istifadə olunur...
Akkumlyatorların növləri:
1. Start-Stop akülər
2. Starter akülər
3. Sənayə akülər
Start-Stop akkumlyatorlar
Start-Stop sistemi, ehtiyac olmadığı müddətdə mühərriyin dayandırılması prinsipinə dayanır. Start-Stop texnologiyası olan avtomobillərdə qırmızı işıqda və ya tıxaclarda mühərrik dayanır. Bu məbtiqlə motorun boş yerə çalışması minimuma endirildiyi üçün yanacaq sərfiyyatı və karbon-dioksid emisyonunda azalma yaranır. Bu akkumlyatorlar yanacaq sərfiyyatına kömək etdiyi üçün tərcih olunur...
Mühərrik yağları — porşenli və fırlanan daxiliyanma mühərriklərinin yağlanması üçün istifadə olunan yağlardır.
Təyinatından asılı olaraq mühərrik yağlar ıdizel mühərrikləri üçün yağlara, benzin mühərrikləri üçün yağlara və hər iki növ mühərriklər üçün universal mühərrik yağlarına bölünür. Bütün müasir mühərrik yağları baza yağları və onların xassələrini yaxşılaşdıran aşqarlardan ibarətdir.