Winda Boto şirkəti, Çin Xalq Respublikasının peşakar təkər istehsalçısıdır.Şandun əyalətinin Kenli şəhərində yerləşən bu şirkət, qabaqcıl Amerika texnologiyasını mənimsəyərək, qlobal bazar üçün keyfiyyətli şinlərin istehsalı və təmin edilməsi ilə məşğul olur.
Winda Boto şirkəti illik 3.000.000 ədəd radial yük avtomobili təkəri və 15.000.000 ədəd minik avtomobili təkərlərinin istehsal gücünə sahibdir. Həmçinin, şirkət müxtəlif seriyalı və 150-dən çox ölçüdə və naxışda yük avtomobili və avtomobil təkərlərinin tədarük gücünə malikdir.
Winda Boto şirkəti ISO/TS 16949, ISO 9001keyfiyyətli system auditindən uğurlar keçərək, müxtəlif ölkələrin rəsmi sertifikatlarını (DOT, ECE, INMETRO, GCC, SONCAP, LATU,SNI və sairə) əldə etməyi bacarmışdır. İstehsal edilən təkərlərin hər biri Avropa standartlarına birbaşa cavab verir.
Hal-hazırda Winda Boto markası qlobal bazarda yük və minik avtomobilləri seqmentində, həmçinin OTR təkərlər seqmentində olduqca populyardır.