Petrol Ofisi 1941-ci ildə Ankarada ictimai müəssisə şəklində yaradılmış bir şirkətdir. Şirkət ilk vaxtlar petrol və petrol məhsulları idxal edərək özəl sektorda böyük bir paya sahib olmağı və insanların tələbatını qarşılamağı əsas məqsəd olaraq, qarşılarına qoymuşdur. Petrol Ofisi logosunda qədim türk mifologiyasının əsas fiqurlardan hesab edilən dişi Asena yerləşdirilmişdir.
Petrol ofisi, illik 54 milyard dollarlıq dövriyyə ilə Türkiyənin ən böyük 3-cü şirkətidir.
1983-cü ildə səhmdar şirkət olan Petrol ofisi, 2000-ci ildə tam olaraq özəlləşdirilmişdir. Bugün, Petrol Ofisi 1,800-dən çox yanacaq doldurma stansiyaları, 8 yanacaq terminalı, 1 LPG (Maye qaz) terminalı, 1 Lubrikant zavodu, 20 havalimanı tədarükü birimi və təxminən 1milyon kub metr saxlama kapasitəsinə malikdir.
Niyə Petrol Ofisi ?
Sürtgü yağları yüksək performans və qənaət baxımından nəqliyyat vasitələri və digər avadanlıqların əsas tərkib hissələrindən biridir. Lakin, hər bir nəqliyyat vasitəsi, avadanlıq və ya cihazları yüksək performans nümayiş etdirmək üçün keyfiyyətli sürtgü yağlarına ehtiyacı var və bu ehtiyacı yalnız yüksək ixtisaslı işçi heyəti, texnoloji keçmişə və illərin təcrübəsinə malik bir şirkət qarşılaya bilər.
POTEC – Ən Qabaqcıl Texnoloji Araşdırma Mərkəzi!
POTEC – Yaxın coğrafiyada, Türkiyə ərazisində ən nəhəng laboratoriya mərkəzlərindən biridir. Qlobal trendlərlə bərabər ən son texnologiyalar ilə ayaqlaşan bu mərkəz, daima məhsul çeşidlərinin inkişaf etdirilməsi və sektorda yüksək standartların yaradılmasını əsas qayə olaraq seçmişdir. POTEC yerli və xarici Petrol Ofisi müştərilərinin istəkləri ilə yeni sürtgü yağlarını daim analiz edərək, sektorda keyfiyyət standartlarını qoruyub saxlayır.