ENEOS – Yaponiyanın ən böyük neft şirkəti olan ENEOS CORPORATİON tərəfindən istehsal olunan məhsulların marka adıdır. Dünyanın dörd bir nöqtəsinə nəqliyyat vasitələri, zavod və fabriklər üçün sürtgü yağları və digər məhsullar tədarük edir.
ENEOS , Yaponiyanın avtomobil istehsalçı şirkətləri ilə birgə korporativ iş sayəsində, inkişaf etdirilmiş baz yağı və aşqarlar vasitəsilə, yüksək keyfiyyətli sürtgü yağları istehsal edir. Bu unikal yanaşma sayəsində, hal-hazırda bütün dünyada ENEOS ən yüksək keyfiyyə
tli məhsullar istehsal edən şirkət kimi tanınır və sevilir.
ENEOS mühərrik yağları, mükəmməl güc və performans təminatçısı olmaqla yanaşı, həmçinin istifadə olunduğu nəqliyyat vasitələrində yanacağ sərfiyyatına qənaət edir. Eyni zamanda, yüksək texnologiya ilə məhsulların istehsal edilməsi, istənilən istismar şəraitində mühərrikin bütün hissələrinin uzun müddətli qorunmasına zəmanət verir.
ENEOS , sürtgü yağlarından savayı digər məhsullar istehsal edir. Bunlara, transmissiya və ya sürətlər qutusu yağı, əyləc mayesi, antifriz, cam suyu, diferensial yağları misal gətirmək mümkündür. Bütün bunlar ən yüksək standartlara cavab verməklə yanaşı, həmçinin, gözəl dizayn edilmiş qablaşdırmada istifadəçilərə təklif edilir.
Niyə ENEOS ?
ENEOS – uzun müddət yüksək səmərəliliklə mühərrik və onun hissələrini qoruyub saxlayır.
ENEOS – ən aşağı temperaturdan, ən yüksək temperatura qədər üstün performans
ENEOS – bütün növ mühərrik yağları üçün ideallıq