Haqqımızda

  • İlk öncə kiçik müəssisə statusunda fəaliyyətinə başlayan şirkətimizin əsası 1995-ci ildə qoyulmuşdur. Şirkətimizin baş ofisi Goranboy rayonunun Dəlməmmədli şəhərində yerləşir. Həmçinin, Bakı şəhərində və ölkəmizin bütün bölgələrində filial və satış nöqtələrimiz mövcuddur.
  • Fəailiyyətinin ilk illərində avtomobil ehtiyyat hissələri və sürtgü yağlarının idxalı ilə məşğul olan şirkət, daha sonra öz biznes sahəsini genişləndirərək, dünyanın aparıcı markalarının ölkəmizdə rəmi distribütorluq fəaliyyətinə keçid etmişdir. Belə ki, sürtgü yağları, akkumlyator, təkər və filtrlər üzrə dünyaca məşhur markaların Azərbaycanda tək rəsmi satış nümayəndəliyini qazanmağa müvəffəq olmuşdur.
  • Nazim 1001 MMC şirkəti hal-hazırda 17 ölkə ilə əməkdaşlıq edərək, Respublika üzrə 20-dən çox rəsmi distribütoru olduğumuz brendlərin məhsullarının satışını həyata keçirir.
MİSSİYAMIZ
Sahib olduğumuz dünyaca məşhur markalar və bacarıqlı əməkdaşlarımızın sayəsində daima inkişaf etmək
STRATEJİ BAXIŞIMIZ
Azərbaycanda olan şirkətlərin güvənini qazanmaq və xalqımızın sevimli şirkətlərindən biri olmaq
DƏYƏRLƏRİMİZ
Şəffaflıq, İnnovativlik, Əməkdaşlıq, Ekoloji və Sosial məsuliyyət
HƏDƏFİMİZ
Daim inkişaf edib, sektorun ehtiyaclarını tam qarşılamaq və müştərilərimizin qəlbində dərin bir iz buraxmaq
Ana səhifə
X