VARTA şirkətinin əsası 1887-ci ildə qoyulmuşdur. VARTA akkumlyatorları bugünümüzdə Almaniyanın Ellwangen bölgəsində istehsal edilir. VARTA şirkəti dünyada ən qədim və ən böyük akkumlyator istehsal edən şirkətlərdən biridir. VARTA bütün növ nəqliyyat vasitələrinin enerji ehtiyaclarını tam qarşılayacaq batareyalar təklif edir. Varta akkumlyatorları hal-hazırda milyonlarla nəqliyyat vasitələri üçün yüksək ixtisaslı mühəndislər tərəfindən mükəmməl dəqiqliklə istehsal edilir.
1887-ci ildə yaranan şirkət, ən erkən qurğuşun-turşulu batareyalar istehsal edənlərdən olmuşdur. Vartanın ən diqqətəlayiq nailiyyətlərindən biri 2-ci dünya müharibəsi zamanı Alman hərbi birləşmələrini akkumlyatorlar ilə təmin etməsi olmuşdur. Vartanın ABŞ-da yerləşən ‘’JOHNSON CONTROLS İnc’’ şirkəti tərəfindən satın alınaraq, idarə edilməsinə baxmayaraq, VARTA hələ də dünyada adından söz etdirən və avtomobil sahiblərinin daim diqqətində olan, tanınmış markadır.