Akkumlyatorların Növləri

Akkumlyatorların növləri:
1. Start-Stop akülər
2. Starter akülər
3. Sənayə akülər
Start-Stop akkumlyatorlar
Start-Stop sistemi, ehtiyac olmadığı müddətdə mühərriyin dayandırılması prinsipinə dayanır. Start-Stop texnologiyası olan avtomobillərdə qırmızı işıqda və ya tıxaclarda mühərrik dayanır. Bu məbtiqlə motorun boş yerə çalışması minimuma endirildiyi üçün yanacaq sərfiyyatı və karbon-dioksid emisyonunda azalma yaranır. Bu akkumlyatorlar yanacaq sərfiyyatına kömək etdiyi üçün tərcih olunur. Bu tip akkumlyatorlar normal akkumlyatorlara nisbətən daha çox marş basmaya məruz qalırlar. İçərilərindəki texnologiya daha gəlişmiş və güclü olurlar. Hər il emisyon standartlarının azalmasına görə növbəti illərdə bazara buraxılacaq avtomobillərdə start-stop texnologiyası çoxluq təşkil edəcək.
Starter akkumlyatorlar
Bu akkumlyatorlar açıq və qapalı sistem olmaqla 2 yerə bölünürlər.
1)Qapalı sistem (AGM və Gel) akkumlyatorlarda qulluğa gərək olmurlar. İstifadə müddəti boyunca hər hansı saf su lazım olmadığı bu tip akkumlyatorlar qapalı və ya baxımsız adlanırlar.
2)Açıq sistem (Sulu) akkumlyatorlara isə bankalar vasitəsilə istifadə müddətində mütamədi qulluq gərəkdirir. İstifadəçi və ya servis tərəfindən bu akkumlyatorların distillə su səviyyəsi və elektrolit səviyyəsi kontrol edilməlidir.
Sənaye akkumlyatorları
1)Traksiyoner (dartınma) tipli akkumlyatorlar sənayedə hərəkətli maşınlarda və texnikalarda istifadə edilir. Məsələn, forkliftlər, yer təmizləmə maşınları,daşıyıcı və qaldırıcı platformalarda, elektriklə işləyən texnikalarda, hava limanında istifadə edilən maşınlarda, yer altı mədən lokomotivlərində bu akkumlyatorlar geniş istifadə edilir. Traksiyoner akkumlyatorlar istehsal növünə görə VRLA/Gel və ya sulu olurlar. Geometrik xüsusiyyətlərinə görə, DİN, USA, BRİTİSH standartlarına malikdir.
Tək bir akkumlyator 10,000 kq-a qədər ola bilər. Ümumiyyətlə, 12V-96V arası gərginlik və 150Ah və 1500AH arasında elektrik cərəyanına malik olurlar. Bu akkumlyatorları istifadə edən texnikalar enerji qaynağı olaraq tək bunlardan istifadə edirlər. Enerjisi bitən zaman yenidən şarj edilir və şarj edilən zaman texnika çalışdırılmamalıdır.
Ümumiyyətlə, zəmanət kitabçalarında hüceyrə tutumunun 80% -ə qədər boşalmasına icazə verilir. Bu dəyər təxminən 1.80 volt və 1.160 qr/sm3 turşu sıxlığına uyğundur. 80% böyük boşalmaya imkan verən bir sistem olduğu üçün “dərin boşalma” batareyaları kimi də tanınırlar. Batareyanın boşalması zamanı, bütün qurğuşunlu batareyalarda olduğu kimi, müsbət və mənfi lövhələrdəki aktiv maddə (pasta) sulfat turşusu ilə reaksiya verir. Reaksiyanın sonunda hər iki lövhədə qurğuşun sulfatlar əmələ gəldikdə turşu sıxlığı azalır və hüceyrə gərginliyi 1.7V -ə enir. Batareyanın doldurulması zamanı ətrafdakı qurğuşun sulfatlar su ilə reaksiya verir və kükürd turşusu formasına qayıdır. Bu şəkildə boşalma zamanı azalan turşu sıxlığı şarj zamanı yenidən yüksəlir və hüceyrə gərginliyi 2.7V -a qədər yüksəlir. Ümumiyyətlə, yüklənmiş bir hüceyrənin açıq dövrə gərginliyi 2.10-2.20V arasındadır.