Akkumlyatorlar Haqqında

Akkumlyator texniki olaraq, elektrik enerjisini kimyəvi enerji kimi saxlaya bilən və lazım gəldikdə istifadə edilə bilən enerji mənbəyidir.
Akkumlyatorlar 2 əsas funksiyası var
1. Həm əlavə elektrik mənbəyi kimi
2. Həm də sönülü vəziyyətdə olan avtomobili və ya mühərriyi işə salmaq üçün istifadə olunur
Akkumlyatorların bir neçə növləri mövcuddur. Demək olar ki, bütün avtomobillərdə quru qurğuşun turşulu tipli akkumlyatorlardan istifadə edilir. Belə akkumlyatorlar bir-birinə bitişik 6 blokdan ibarətdir. Hər blokda adətən 2.2 Wolt gərginlik olur. Elektrolitlərin sıxlığının çox olması akkumlyatorların şaxtaya davamlılığına təsir edir. Sıxlıq nə qədər çox olarsa, bir o qədər şaxtaya davamlı olur.
1.AGM texnologiyalı akkumlyatorlarda elektrolitlər şüşə lif daxilində olurlar.
2.Gel texnologiyalı akkumlyatorlarda elektrolitlər gel vəziyyətinə kimi qatılaşdırılır və siliko-gel vəziyyətində olurlar. Bu növ akkumlyatorların üstünlüyü ondadır ki, elektrolitlər qatı formada olurlar. Avtomobilin hansı bucaq altında hərkətindən asılı olmayaraq, elektrolitlərin dağılma riski azalır. Bu tipli akkumlyatorlar klassik akkumlyatorlardan daha gec boşalır. Ancaq doldurulma klassik akkumlyatorlardan fərqli olaraq daha az gərginlik ilə doldurulmalı və bunun üçün xüsusi adapterlər olur. Təəssüf ki, bu tip akkumlyatorların qiyməti daha olur və şaxtaya davamlılıq dərəcələri aşağıdır. Əsasən, daha lüks avtomobillərdə istifadə edilir.
Akkumlyatorlar adətən 6; 12; 24 Wolt gücündə olur. 1940-cı ilə kimi demək olar ki, bütün avtomobillərdə 6 Volt gücündə olan akkumlyatorlardan istifadə edilirdir. Hal-hazırda motoskletlərdə 6 Volt, yüngül avtomobillərdə 12 Volt, ağır yük avtomobillərində, dizel mühərrikli avtobuslarda, hərbi təyinatlı maşınlarda isə 24 Volt-luq akkumlyatorlardan istifadə edilir.
Akkumlyatorların həcmi amper saatla ölçülür. Akkumlyatorların həcmi mühərrikin həcminə uyğun seçilməlidir. Temperaturun aşağı düşməsi ilə, akkumlyatorların elektrik qəbul etməsi də aşağı düşür. Ona görə də, şaxtalı hava, qısa səfərlər akkumlyatorların zəifləməsinə səbəb olur. Bu halın baş verməsi isə mühərriyin işə salınmasında problemlər yaradır. Qışda məsləhət görülür ki, akkumlyatorları çıxardıb müsbət dərəcəyə kimi qızdırmaq və sonra adapter vasitəsilə şarj etmək məsləhət görülür. Həmçinin, mütəmadi olaraq, akkumlyatorun gərginliyini və elektrolitlərini yoxlamaq lazımdır.