24 İyul tarixində Nazim 1001 MMC-nin Gəncə şəhərində müştərilərlə iclası və ardından təntənəli tədbir həyata keçirildi. Tədbirə Azərbaycanın hər bölgəsindən olan 200-ə yaxın müştərilər dəvət olunub. Baş ofis və anbarların gəzintisinin ardından kollektiv yemək təşkil olundu və mükafatlandırma mərasimi həyata keçirildi. 22 müştərinin mükafatlandırıldığı tədbirdə 19 müştəri Petrol Ofisi sürtkü və sənaye yağlarının təyin olunmuş satış limitini dolduraraq soyuducu və televizor qazandı. Və çəkiliş ilə müəyyən olunan 3 müştəri ağıllı telefon ilə mükafatlandırıldı. Tədbirdə Petrol Ofisi şirkətinin nümayəndələri bölgə ixrac direktoru Kadriye xanım, ixrac direktoru Orkun Tunalı ve texniki məsləhətçi Mustafa bəy də iştirak edərək müştərilərə öz sözlərini və uğurlarını çatdırdılar. Petrol Ofisi yağları barədə qısa metrajlı film də tədbir proqramı daxilində idi. 3 gün ərzində Azərbaycanda ziyarətdə olan Petrol Ofisi nümayəndələri Baş ofisdə və Bakı ofisində satış menecerlərinə texniki və satış təlimləri keçdilər. 

Petrol Ofisi tərəfindən "Ən Yaxşı Təşkilatçı" mükafatına layiq görüldük Mükafat Nazim 1001 MMC-yə 2017-ci il daxilində gördüyü marketinq fəaliyyətləri, təşkil etdiyi müştəri konfransları və keçirdiyi kampaniyalar sayəsində təqdim olundu
12.05.2018
Varta Azərbaycan təqdimat mərasimi Tədbirdə Johnson Controls şirkətinin tabeliyində olan Varta'dan nümayəndələr, Azərbaycan ərazisində satış həyata keçirən dəyərli müştərilərimiz, şirkətimizin Bakı ofisinin kollektivi və başqa dəyərli qonaqlar iştirak etdilər.
09.12.2017