The Stevie Awards'da sektoruna yönəlik inkişaf etdirdiyi "Birinci Kart" proqramı ilə iştirak edən İnci Akü, 43 ölkədən olan 2300 müraciət arasında, iki qızıl, bir gümüş, 1 bürünc mükafat qazandı.

 

Dünya miqyasındakı təşkilatların nəaliyyətləri və müsbət təsirlərinin ictimaiyyətə tanıdılması məqsədilə 2002-ci ildə yaradılan Stevie mükafat proqramında bu ildə aralarında dünya markalarının da olduğu şirkətlər və markalar müxtəlif proyektlərlə yarışırdı.

 

Sektorunda ilklərə imza atan İnci Akü,  yeni proqramı"Birinci Kart" ilə "Tələb yaratmaqda ilin proqramı" və "Həvəsləndirici İdarəetmə Həlləri" kateqoriyalarında qızıl,  "Müştəri Xidmətlərində İnnovasiya" kateqoriyasında gümüş, "Satışda İnnovasiya" kateqoriyasında bürünc Stevie Mükafatının sahibi oldu. Las Veqasda təşkil olunan mükafat mərasimində mükafatları qəbul edən İnci GS Yuasa vitse prezidenti Hakan Yıldırım sektora gətirdikləri yeniliyin və fərqin mükafatlandırılmasından böyük xoşbəxtlik içində olduğunu bildirdi.

 

İnci Holding və Yapon akkumlyator nəhəngi GS Yuasa ortaqlığı ilə İnci Akü öz uğurlu fəaliyyətini davam etdirmək niyyətindədir.

 

 

İnci Akü İnci Akü məhsul siyahısı
15.09.2017
Waterfall KOLSAN təkər fabrikində Waterfall təkərlərinin istehsal prossesi
26.05.2017