Nazim 1001 MMC 1995-ci ildə qurulmuşdur. Kiçik müəssisə statusunda fəaliyyətinə başlayan firma avtomobil ehtiyyat hissələri və sürtkü yağlarının idxalı ilə məşğul olmuşdur. Öz biznes sahəsini genişləndirərək akkumlyator, təkər, filtr idxalına başlamış sonradan dünyanın aparıcı markalarının Azərbaycan üzrə distributorluq fəaliyyətini həyata keçirməyə başlamışdır.

 

Nazim 1001 MMC hal hazırda 17 ölkə ilə əməkdaşlıq edir. Şirkətin fəaliyyəti motor və sənaye yağlarının, avtomobil və stasionar akkumlyatorların, təkər, filtr və ehtiyyat hissələrin idxalçılığı və satışı ilə məşğul olmaqdır. Əlində cəmləşdirdiyi dünya markaları ilə firmaların, şirkətlərin, dövlət və özəl müəssisələrin, zavod və fabriklərin, qarajların və həmçinin gündəlik pərakəndə bazarın sektor üzrə tam təminatını qarşılamağa qadirdir.

 

Azərbaycan Respublikası ərazisində Gəncə bölgəsində yerləşən Baş Ofis və Respublikanın paytaxtı Bakı şəhərində yerləşən ofis üzərindən satış fəaliyyəti həyata keçiririk. Azərbaycan Respublikasının hər nöqtəsində satış və çatdırılma həyata keçirilir.

 

MÜQAVİLƏLƏRİMİZ: